Vergi xidməti adından ruslara yeni fırıldaq növü barədə xəbərdarlıq edilib - ÖZƏL

Olaylar.az xəbər verir ki, fırıldaqçılar özlərini Rusiyanın Federal Vergi Xidməti kimi göstərərək, şübhəli əməliyyatlar barədə elektron məktublar göndərirlər. Vətəndaşlardan yoxlamadan keçmələri və bəzi maliyyə məlumatlarını təqdim etmələri xahiş olunur. Əks halda məktubda fiziki və hüquqi şəxslərin bank hesablarının dondurulacağı bildirilir.
Rusiya Federal Vergi Xidməti bəyan edib ki, onlar bu cür məktublar göndərmirlər, həmçinin vergiləri onlayn ödəmək üçün telefon zəngləri də etmirlər.
Federal xidmət qeyd etdi ki, bütün ətraflı məlumatlar Rusiya Federal Vergi Xidmətinin saytında vergi ödəyicisinin şəxsi hesabında yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31