Çin Tayvan ətrafında daimi olaraq dörd döyüş gəmisi yerləşdirir - ÖZƏL
29 Yanvar 2024 11:33 DünyaÇin hakimiyyəti Tayvan adası ətrafında daimi olaraq dörd döyüş gəmisi yerləşdirib.
Olaylar.az xəbər verir ki, bu məlumatı Yaponiyanın Yomiuri qəzeti verib.
Qəzetin yazdığına görə, Pekinin məqsədi sülh dövründə Taypey administrasiyasına təzyiq göstərmək və regionda münaqişə başlayacağı təqdirdə ABŞ gəmilərinin adaya yaxınlaşmasının qarşısını almaqdır.
Bundan əlavə, qəzetin məlumatına görə, Yaponiyanın özünün ərazi suları hesab etdiyi Şərqi Çin dənizindəki mübahisəli Senkaku (Diaoyudao) adalarının şimal-qərbində daha bir Çin gəmisi davamlı olaraq yerləşdirilir.
Tayvan 1949-cu ildə Çan Kay-şekin (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin Çindəki vətəndaş müharibəsində məğlubiyyətə uğradıqdan sonra adaya qaçdığı vaxtdan bəri yerli administrasiyası tərəfindən idarə olunur. Pekin adanı özünün əyalətlərindən biri hesab edir.