Daha bir jurnalist həlak oldu

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

Olaylar.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Qəzzanın mərkəzi hissəsindəki Əl-Zəveydə bölgəsində jurnalist İsam əl-Lulunun evini hədəf alıb.

Hücumda jurnalist Lulu, əri, oğlu, gəlini və nəvəsi həyatını itirib.

Qeyd edək ki, İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri aylardır hücumlarını davam etdirdiyi Qəzza zolağında 121 jurnalist həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31