Kanada HƏMAS ilə əlaqə şübhəsinə görə BMT Agentliyini maliyyələşdirməyi dayandırıb

Kanada BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bəzi əməkdaşlarının HƏMAS ilə əlaqəsi olduğuna dair şübhələr səbindən agentliyi maliyyələşdirməyi dayandırıb.

Olaylar.az xəbər verir ki, bunu Kanadanın beynəlxalq inkişaf naziri Əhməd Hussen deyib.

Onun sözlərinə görə, Kanada hökuməti məsələ ilə bağlı ətraflı araşdırma aparıldığı müddətdə "UNRWA"nı maliyyələşdirməyi dayandırıb.

Nazir bildirib ki, Kanada hökuməti Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı əvvəlki kimi narahatdır və bölgəyə sürətli, davamlı və maneəsiz şəkildə humanita yardımın çatdırılmasına çağırır. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31