ABŞ yardımı etməsə, Ukraynanın artilleriya mərmiləri 1 aya tükənəcək - KİV

ABŞ Konqresi Ukraynaya yardım paketini təsdiqləməsə, ölkənin artilleriya mərmiləri gələn ayın sonuna tükənər.

Olaylar.az xəbər verir ki, bu barədə "The Times" qəzetində dərc olunan məqalədə deyilir.

Müəllifin sözlərinə görə, ABŞ Konqresi Kiyevə hərbi yardımı dayandırsa, gələn ayın sonuna ukraynalıların artilleriya mərmiləri tükənəcək.

Məqalədə qeyd olunub ki, Ukrayna Qərbin silah tədarükünün dayanması ehtimalı ilə bağlı dəqiq bir strategiyaya malik deyil. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31