Kreml BMT Təhlükəsizlik Şurasının qəzaya uğrayan Rusiya təyyarəsi ilə bağlı iclasının yekunlarından narazı qalıb
26 Yanvar 2024 15:20 DünyaKreml BMT Təhlükəsizlik Şurasının qəzaya uğrayan Belqorod vilayətində qəzaya uğrayan "İl-76" təyyarəsi ilə bağlı iclasının yekunlarından narazı qalıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
Onun sözlərinə görə, Qərb ölkələri iclasda qəzanın vurulması ilə bağlı heç bir fikir səsləndirməyiblər.
Xatırladaq ki, yanvarın 24-də Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.
Qeyd edək ki, Rusiya tərəfi təyyarənin raketlə vurulduğunu bildirib.
Məlumata görə, qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi mübadilə üçün Belqorod vilayətinə aparılıb.
İl-76-nın göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən hərbçilərindən əlavə, 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.