Qırmızı dənizdə gəmilərə hücumlar dünya ticarətində problemlərə səbəb olub
26 Yanvar 2024 14:57 DünyaQırmızı dənizdə husilərin gəmilərə hücumları, Panama kanalının dayazlaşması və Ukraynadakı vəziyyət qlobal ticarəti zəiflədib.
Olaylar.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Təşkilatına (UNCTAD) istinadən məlumat yayıb.
Qeyd olunub ki, dəniz daşımalarının qiyməti artaraq, enerji və ərzaq qiymətlərinə təsir göstərib. Həmçinin, Qırmızı dənizdəki problemlərin Avropa, Rusiya və Ukraynadan taxıl və digər məhsulların tədarükünü mühüm dərəcədə pozub ki, bu da istehlakçılar üçün yekun qiymətlərə və ərzaq təhlükəsizliyinə təsir edir.
Həmçinin, bildirilir ki, Ukraynadakı vəziyyət və digər geosiyasi problemlər taxıl və neft tədarükünün marşrutunun dəyişməsinə səbəb olub. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31