Böyük Britaniyanın xarici işlər naziri Türkiyədə səfərdədir
26 Yanvar 2024 14:34 DünyaTürkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 26-da İstanbulda Böyük Britaniyanın xarici işlər naziri David Kameronla görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlərin hansı məsələləri müzakirə etdikləri hələ ki, açıqlanmayıb.
Onların birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.
Qeyd edək ki, D.Kameron Yaxın Şərq turnesi çərçivəsində dünən İsraildə səfərdə olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31