BMT: “Ukraynalı qaçqınların sayı 10 milyona çatdı”
26 Yanvar 2024 14:19 DünyaUkraynadakı müharibə səbəbindən 10 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların əksəriyyəti hələ də evlərinə qayıda bilmir.
Olaylar.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK agentliyinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.
Onun sözlərinə görə, 6,3 milyon insan xaricə gedib, daha 3,7 milyon insan döyüş bölgəsindən ölkənin müxtəlif bölgələrinə təxliyə edilib.
Bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Agentliyi artıq müharibə nəticəsində dağılmış 27,5 min evin bərpasına yardım edib. (Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31