Türkiyə İraqın şimalında 5 terrorçunu zərərsizləşdirib
26 Yanvar 2024 12:51 DünyaTürkiyə İraqın şimalında 5 PKK terorrçusunu zərərsizləşdirib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Ərazidə terrorçulara qarşı əməliyyatların ara verilmədən davam etdiyi qeyd olunub.
"Bölgədə heç bir terrorçu qalmayanadək əməliyyatlarımız qətiyyətlə davam edəcək", - paylaşımda deyilir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31