Türkiyədə internet üzərindən fırıldaqçılıq edən 28 nəfər tutuldu
26 Yanvar 2024 12:19 DünyaTürkiyənin 9 vilayətində həyata keçirilən "KİBERGÖZ-18" əməliyyatında internet üzərindən fırıldaqçılıq etməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Nazirin sözlərinə görə, əməliyyatlar İstanbul, Balıkəsir, Batman, Diyarbəkir, Samsun, İğdır, Ədirnə, Van və Trabzonda eyni zamanda həyata keçirilib.
Qeyd olunub ki, şübhəli şəxslər Türkiyənin aparıcı 2 avtomobil icarəsi şirkətinin veb saytlarını fişinq üsulu ilə saxta səhifələrini qurmaqla "avtomobil icarəsi haqqı" adı altında vətəndaşların pullarını ələ keçiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31