Rusiya BMT Təhlükəsizlik Şurasını Ukraynanın İl-76 təyyarəsinə hücumunu pisləməyə çağırıb - ÖZƏL

Rusiya BMT Təhlükəsizlik Şurasının üzvlərini Ukraynanın sərhədyanı Belqorod vilayətində ukraynalı əsirləri daşıyan İl-76 təyyarəsini vurmasını pisləməyə çağırır.

Olaylar.az xəbər verir ki, bunuj Rusiyanın daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
"Biz Təhlükəsizlik Şurasının üzvlərini və Birləşmiş Millətlər Təşkilatının rəhbərliyini Kiyev xuntasının bu və digər bütün terror aktlarını qətiyyətlə pisləməyə çağırırıq", - o, BMT Təhlükəsizlik Şurasının iclası zamanı deyib.
"Bu vəziyyətdə susmaq Zelenskinin korrupsiyalaşmış diktatura rejiminin cəzasızlıq hissini gücləndirəcək", - diplomat əlavə edib.
Polyanski daha sonra deyib ki, Rusiya "Kiyevdəki neonasist qruplaşmasının bu və digər cinayətlərinə görə məsuliyyət daşıyanların hamısının layiq olduqları cəzanı alması" üçün əlindən gələni edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31