Rusiya ATƏT-dən son təyyarə qəzasının araşdırılmasında iştirakını tələb etməyəcək - ÖZƏL
26 Yanvar 2024 11:01 Dünya"Rusiya xidmətləri İL-76 hərbi-nəqliyyat təyyarəsinin son qəzasını araşdırır, ATƏT isə belə araşdırmalarda ixtisaslaşmış deyil".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın qrupdakı nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
"Mən bu fikri qəbul etmirəm. ATƏT heç vaxt araşdırma aparmayıb. Bizim səlahiyyətli xidmətlərimiz var ki, bunu araşdırır" - o, deyib.
O, təyyarə insidentinin Rusiya ərazisində baş verdiyini və təyyarənin humanitar uçuş həyata keçirdiyini əlavə edib.
Yanvarın 24-də Ukrayna qüvvələri əsir götürülmüş ukraynalı əsgərləri mübadilə etmək üçün daşıyan Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsini vurub. Hadisə nəticəsində 65-i ukraynalı olmaqla, təyyarədəki 74 nəfərin hamısı həlak olub. Rusiya Müdafiə Nazirliyi hadisəni terror aktı adlandırıb və bildirib ki, Kiyev məhbusların Kolotilovka keçid məntəqəsində aparılmalı olan mübadilə üçün daşınmasından xəbərdardır. Nazirlik bildirib ki, Ukrayna təyyarəyə hücum edib ki, Kiyev Ukrayna əsgərlərinin həyatının alınmasında Moskvanı günahlandırsın.