Türkiyədə avtobus aşdı - Ölənlər var

Türkiyənin Kastamonu vilayətinin Taşköprü bölgəsində sərnişin avtobusu tarlaya aşıb.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər ölüb, çox sayda adam xəsarət alıb.

Hadisə yerinə xilasedicilər və tibbi personal cəlb olunub. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31