Təhsildə holoqram əsri - ÖZƏL

İngiltərədə bir universitet tələbələrinə Albert Eynşteyn və Stiven Hokinq kimi ölmüş dahilərin holoqramları ilə dərs keçməyə hazırlaşır.

Olaylar.az xəbər verir ki, İngiltərədəki "Loughborough" Universiteti "holoqram mühazirəçisi" sisteminə keçməyi planlaşdırır. 

Beləliklə, universitet tələbələri tezliklə fizika dahisi Albert Eynşteyn, moda sehrbazı Koko Şanel və astrofizik Stiven Hokinq kimi vəfat etmiş şəxslərin mühazirələrində iştirak edə biləcəklər. Texnologiyanın bir illik sınaq müddətindən sonra 2025-ci ildə rəsmi olaraq kurrikuluma daxil edilməsi planlaşdırılır. "Loughborough" biznes məktəbinin bakalavr təhsili üzrə direktoru, professor Vikki Locke qeyd edib ki, tələbələr "Zoom"da olduğu kimi düz ekrana baxmaqdansa, "sektordan gələn qonaq natiqin sinif otağına şüalanmasını, divardakı iki ölçülü bir insandan üstün tuturlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31