ATƏT-in yeni sədri Kiyevə gedəcək
25 Yanvar 2024 15:24 DünyaAvropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni sədri, Maltanın xarici işlər naziri Yan Borq gələn həftə Kiyevə səfər edəcək.
Olaylar.az xəbər verir ki, Borq bu barədə məlumatı ATƏT Daimi Şurasında çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, səfərdə məqsəd təşkilatın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini nümayiş etdirməkdir.
Borq, həmçinin qeyd edib ki, ATƏT-in Ukraynada açar rol oynamalı olduğunu hesab edir. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31