Brent markalı neftin qiyməti 2023-cü ildən bəri ilk dəfə 81 dolları ötüb - ÖZƏL

Londonun ICE birjasında Brent markalı neftin mart fyuçers müqaviləsinin qiyməti 27 dekabr 2023-cü ildən bəri ilk dəfə bir barel üçün 81 dolları ötüb.
Olaylar.az xəbər verir ki, Brent markalı neftin qiyməti 0,97% artaraq 1 barelə görə 81,01 dollar olub.
Brent fyuçers müqaviləsi 80,88 dollara (+0,81%) çatıb. Eyni zamanda WTI markalı neftin mart fyuçersləri 0,82% bahalaşaraq bir barel üçün 76,01 dollar olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31