Tayvan heç vaxt müstəqillik əldə etməyəcək - ÖZƏL

"Tayvan Çinin ayrılmaz hissəsidir, ona görə də ada heç vaxt ayrıca və müstəqil dövlət olmayacaq".

Olaylar.az xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian bildirib.

"Tayvan heç vaxt ölkə olmayacaq, Tayvanın müstəqilliyi heç vaxt əldə edilməyəcək. Xarici qüvvələrin Çini parçalamaq planı heç vaxt uğur qazanmayacaq", - Vu deyib.
O əlavə edib ki, vətənin birləşməsi üçün Tayvanı geri qaytarmaq lazımdır.
"Çin Xalq Azadlıq Ordusu buna hərəkətlə cavab verəcək. O, həmişə milli suverenliyi və ərazi bütövlüyünü qoruyan böyük polad divar olacaq", - Vu bildirib.
Yanvarın 13-də Tayvanda icra başçısı və Qanunverici Yuan (parlament) üzvlərinə seçkilər keçirilib. Demokratik Tərəqqi Partiyasını təmsil edən hazırkı qərargah rəisinin müavini Lai Çinq-te 40,05% səs toplayaraq adanın yeni lideri olmaq uğrunda yarışda qalib gəlib. O, may ayında vəzifəsinin icrasına başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31