Çin Rusiyadan donuz əti tədarükünə start verir - ÖZƏL

Çin Rusiyadan donuz əti və onun məhsullarının idxalına icazə verib.

Olaylar.az xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi bildirib.

"Yanvarın 24-dən etibarən Rusiyadan ərzaq kimi gətirilən və müvafiq tələblərə cavab verən donuz əti və donuz əti məhsullarının tədarükünə icazə verilir", - deyə xidmətdən bildirilib.
Rusiya Baş naziri Mixail Mişustinin 2023-cü ilin dekabrında Pekinə səfərindən sonra Çin Xalq Respublikasına ixrac edilən donuz ətinə qarşı yoxlama, karantin və baytarlıq-sanitariya tələblərinə dair protokol imzalanıb.
Keçən sentyabr ayında Çin Rusiyadan donuz ətinin tədarükünü bərpa etməyə icazə verdi. Pekinin Afrika donuz taunu üzərində nəzarətlə bağlı məhdudiyyətləri 2008-ci ildə qüvvəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31