Belarus İstintaq Komitəsi 20 nəfəri hakimiyyəti ələ keçirmək üçün sui-qəsddə ittiham edib - ÖZƏL

Belarusun İstintaq Komitəsi (İK) xaricdə dövlət hakimiyyətini ələ keçirmək və ekstremizmdə sui-qəsddə iştirakda ittiham olunan 20 nəfərə qarşı qiyabi prosesə başlayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə istintaq orqanı məlumat yayıb.
"İstintaq Komitəsi Belarus Respublikasında konstitusiyaya zidd yollarla dövlət hakimiyyətini ələ keçirmək üçün sui-qəsdə qoşulan, ekstremist qruplaşmaya qoşulan Tixanovskayanın 20 qondarma analitikinə qarşı xüsusi icraat prosesinə başlayıb", - İstintaq Komitəsi qeyd edib.
Komitənin məlumatına görə, təqsirləndirilən şəxslər Belarus Respublikasının milli təhlükəsizliyinə zərər vurmağa yönəlmiş dağıdıcı fəaliyyət konsepsiyasının hazırlanmasında və həyata keçirilməsində fəal iştirak edib, həmçinin cəmiyyətdə sosial düşmənçiliyin və nifaqın qızışdırılmasına töhfə verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31