ABŞ bu ölkədən ordusunu çıxarmağa hazırlaşır
25 Yanvar 2024 13:39 DünyaABŞ və İraq tezliklə Amerika qoşunlarının bu ölkədən çıxarılması ilə bağlı danışıqlara başlayacaq.
Olaylar.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
"Amerika və İraq yüksək hərbi komissiya çərçivəsində dialoqa başlamaq üçün razılaşmaya yaxındır. Bu görüşdə gələcək addımların müəyyənləşdirilməsi gözlənilir. Vaşinqton qoşunların çıxarılması cədvəlində İraqdakı mövcud vəziyyət, hökumət və təhlükəsizlik qüvvələrinin sabitlik dərəcəsinin nəzərə alınmasını istəyir. Öz növbəsində İraq rəhbərliyi hesab edir ki, qoşunların çıxarılması tarixləri heç bir vəziyyətdən asılı olmamalıdır", - mənbə bildirib. (Axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31