Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirəcək- Nələr müzakirə olunacaq?
25 Yanvar 2024 12:32 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasının üzvləri ilə Ukraynada və Qəzza zolağında yaranan vəziyyəti müzakirə edəcək.
Olaylar.az xəbər verir ki, Türkiyə Təhlükəsizlik Şurasının bu il ilk iclası yanvarın 25-də baş tutacaq.
Ərdoğan iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə İsrail ordusunun Qəzzada keçirdiyi hərbi əməliyyatın nəticələrini müzakirə edəcək, həmçinin münaqişənin digər ərazilərə keçmə riskini öyrənəcək. Bundan başqa, husilərin ABŞ döyüş gəmilərinə hücumu müzakirə olunacaq.
Rusiya ilə Ukrayna arasındakı münaqişəyə xüsusi diqqət yetiriləcək.
Türkiyə liderinin Təhlükəsizlik Şurasının üzvləri ilə gözlənilən görüşünün məzmunu rəsmi olaraq açıqlanmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31