Qəzaya uğrayan İl-76-nın "qara qutu"su tapıldı
25 Yanvar 2024 12:13 DünyaYanvarın 24-də Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi-nəqliyyat təyyarəsinin hər iki "qara qutu"su tapılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Onların texniki vəziyyəti yaxşı qiymətləndirilir.
Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib. (Axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31