İrəvanda xəbər saytının sahibinin avtomobilini yandırdılar

İrəvanda "NewsPress.am" xəbər saytının sahibi Arianna Ovsepyanın "Range Rover Sport" markalı avtomobili yanıb.

Olaylar.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd olunub ki, xilasedicilər hadisə yerinə gələnə qədər avtomobilin sahibi və digər vətəndaşlar yanğını söndürməyə çalışıblar.

İlkin məlumatlara görə, avtomobil yandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31