Kosmik Qanunun hazırlanmasına başlanılıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır, Türkiyə Kosmik Agentliyinin işlərini daha güclü şəkildə həyata keçirməsinə imkan verəcək chr("39")Kosmos Qanunuchr("39") üçün hazırlıqlara başlanıldığını söyləyib. 

Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır, "Kosmos Qanununu Məclisə gətirmək istəyirik, bir layihəmiz var. Türkiyə Kosmik Agentliyinin işini güclü şəkildə həyata keçirməsinə imkan verəcək bir layihə hazırladıq, bunu sürətləndirəcəyik",- deyə bildirib. 

Layihədə daha çox Türk Kosmik Agentliyinə uzunmüddətli layihələrə start verməyə imkan verəcək qaydaların yer alacağını bildirən Kaçır, daha sonra Ankarada Kosmik Texnologiyaların İnkişafı Bölgəsi quracaqlarını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31