Ermənistan hökuməti İrəvandakı Aİ monitorinq missiyasının statusuna dair sazişin ratifikasiyasını müzakirə edəcək
24 Yanvar 2024 16:26 DünyaErmənistan hökuməti Avropa İttifaqının (Aİ) monitorinq missiyasının statusuna dair sazişin ratifikasiyası məsələsini müzakirə edəcək.
Olaylar.az erməni KİV-ə istinadən xəbər verir ki, bu məsələ Ermənistan hökumətinin iclasının gündəliyinə daxil edilib.
Xatırladaq ki, İrəvan və Brüssel arasında Avropa İttifaqının Azərbaycanla sərhəddəki müşahidə missiyasının statusu barədə saziş 2023-cü il noyabrın 20-də imzalanıb. Sazişi Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Avropa İttifaqının Ermənistandakı diplomatik missiyasının rəhbəri Vasilis Maraqos imzalayıb. Sənəd Aİ-nin Ermənistandakı missiyasının hüquqi statusunu tənzimləyir.
Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhəddindəki Aİ missiyası fevral ayından iki ölkə sərhədində monitorinq həyata keçirir.