İranın eks-prezidentinin namizədliyi təsdiqlənməyib
24 Yanvar 2024 16:00 Dünyaİranın eks-prezidenti Həsən Ruhaninin Ekspertlər Məclisinə (İranın Ali Liderinin fəaliyyətinə nəzarət edən qurum) namizədliyi təsdiqlənməyib.
Olaylar.az-ın məlumatına görə, bu haqda İranın dövlət informasiya agentliklərindən biri məlumat yayıb.
Məlumata görə, Nəzarət Şurası Həsən Ruhaninin Ekspertlər Məclisinə namizədliyini uyğun hesab etməyib. Lakin İran Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Tahan Nəzif verdiyi açıqlamada Ekspertlər Məclisinə namizədlərin adlarının hələlik İranın Daxili İşlər Nazirliyinə elan olunmadığını bildirib və araşdırmaların nəticələri bu günün sonunadək DİN-ə elan olunacaq.
Qeyd edək ki, İranda Ekspertlər Məclisinə 6-cı çağırış və İslam Şurası Məclisinə (Parlament) 12-ci cağırış seçkiləri 1 martda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31