Bayden Respublikaçılarn namizədinin Tramp olacağından əmindir
24 Yanvar 2024 15:53 DünyaNyu-Hempşir ştatında keçirilən praymeriz seçkilərinin nəticələri ABŞ-də keçiriləcək prezident seçkilərində Respublikaçıların namizədinin Donald Tramp olacağından xəbər verir.
Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden deyib.
"Artıq aydındır ki, Donald Tramp Respublikaçıların prezidentliyə namizədi olacaq", - o deyib.
Bayden seçkilərdə təkcə demokratların deyil, həm də respublikaçıların və heç bir partiyaya mənsub olmayan vətəndaşların da dəstəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri bu ilin noyabr ayında keçiriləcək. ABŞ-nin hazırki prezidenti Co Bayden və keçmiş prezident Donald Tramp da seçkilərdə namizədliyini irəli sürəcəyini açıqlayıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31