Rusiya tərəfi "İl-76" təyyarəsinin raketlə vurulduğunu açıqladı

Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov Belqorod vilayətində qəzaya uğrayan "İl-76" təyyarəsinin raketlə vurulduğunu bildirib.

Olaylar.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Ukrayna hökuməti baş tutacaq əsir mübadiləsi barədə və əsirlərin mübadilə məkanına təyyarə ilə aparılacağından xəbərdar idi.

"Təyyarə üç "Patriot" və ya "Iris-T" raketi ilə vurulub", - o deyib.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Məlumata görə, qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi mübadilə üçün Belqorod vilayətinə aparılıb.

İl-76-nın göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən hərbçilərindən əlavə, 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31