Tarixi paytaxtımızdan əhali köçürüləcək - Şok

Urmiya gölünün tamamilə qurumasından sonra bölgədə həyatın iflic olacağı və duz fırtınalarının şiddətlənəcəyinə görə Təbriz şəhərinin əhalisi başqa yerə köçürülməlidir.

Olaylar.az xəbər verir ki, bunu İran Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş sədri İsa Kəlantəri deyib.

Bununla eyni vaxtda isə Qərbi Azərbaycan Böhran İdarəetmə Təşkilatının baş direktoru Əmir Abbas Cəfəri Urmiya gölünün 95 faizinin quruduğunu bildirib.

Yerli ekoloqlar Urmiya gölü hövzəsində yağıntıların olmadığına görə qarşıdakı yaz və yay aylarında Azərbaycan əyalətlərində duz fırtınalarının təhlükəli səviyyədə artacağı barədə xəbərdarlıq ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31