Mirzoyanın baldızı Ermənistanda xarici şirkətin direktoru oldu
24 Yanvar 2024 13:21 DünyaErmənistanın xarici işlər naziri Ararat Mirzoyanın baldızı ölkədəki böyük xarici şirkətin direktoru olub.
Olaylar.az xəbər verir ki, bu barədə erməni "Telegram" kanalları məlumat yayıb.
Bildirilib ki, Ermənistanda yerləşən "Vorotan Kaskad SES"in yeni sahibi ABŞ-nin "KKR" investisiya fondu olub. Fond "Vorotan Kaskad SES"i əldə etdikdən sonra şirkətin direktoru dəyişib. Belə ki, "Vorotan Kaskad SES"in yeni direktoru Ararat Mirzoyanın baldızı Alvina Abacyan olub.
Qeyd olunub ki, Abacyan şirkətdə 2019-cu ildən baş maliyyə direktoru vəzifəsində çalışıb. Bundan əvvəl digər şirkətlərdə maliyyəçi auditor olaraq işləyib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31