Moskva İsrailin Suriya ərazisinə hücumlarını qəbul etmir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, Rusiya İsrailin Suriya ərazisinə hücumlarının əleyhinədir, çünki o, ərəb tərəfini Yaxın Şərqdəki münaqişəyə cəlb edə bilər.

"Biz bilirik ki, İsrailin özünün dediyi kimi, Suriya ərazisində iranyönlü qrupların obyektlərinə qarşı həyata keçirdiyi hava hücumlarının sayı artıb. Biz məsələnin belə həllinin qəti əleyhinəyik, çünki bu, yalnız gərginliyin artmasına gətirib çıxarır. Biz Suriyanın regional münaqişəyə qarışmasını istəmirik və bunun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik" - o, bildirib.

Al Hadath telekanalı bir müddət əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əl-Qüds xüsusi təyinatlılarının kəşfiyyat komandiri general Yusuf Omid Zadənin İsrailin Suriyanın paytaxtına endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyünü bildirib. Zərbə zamanı bir neçə iranlı zabit və açıqlanmayan sayda suriyalı hərbçi də həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31