ABŞ husilərin 2 ballistik raketini məhv etdi

ABŞ hərbçiləri Yəməndə "Ənsar Allah" hərəkatının (husilər) obyektlərinə zərbə endirib.

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığı "X" hesabında paylaşıb.

Zərbə zamanı husilərin 2 ballistik raketi məhv edilib. Husilərin sözügedən raketlərin köməkliyi ilə Qırmızı dənizdə gəmilərə hücum etməyi planlaşdırdığı bildirilib. 

Xatırladaq ki, ABŞ yanvarın 12-si Böyük Britaniyanın dəstəyi ilə Yəməndə husilərin mövqelərinə zərbə endirib. Husilərin məlumatına görə, nəticədə 5 hərbçi ölüb. ABŞ tərəfindən hücumlar yanvarın 13 və 14-ü davam etdirilib. Yanvarın 18-i isə amerikalı hərbçilər husilərin gəmi əleyhinə raketlərinə zərbələr endirib. ABŞ husilərin Qırmızı dənizdə beynəlxalq gəmilərə hücumlarından sonra hərəkata qarşı əməliyyata başladığını açıqlayıb. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31