Bu bölgələrdə zəlzələ qaçılmazdır: Professordan xəbərdarlıq
24 Yanvar 2024 11:50 DünyaTürkiyənin hər yerində baş verən irili-xırdalı zəlzələlər narahatlıq yaratmağa davam edir.
Olaylar.az xəbər verir ki, Prof. Dr. Övgün Ahmet Ercan da hansı bölgədə zəlzələ gözlənildiyi ilə bağlı xəbərdarlıq edib.
"Fevralın 6-da məkəzi Kahramanmaraşda baş verən iki güclü zəlzələdən sonra Türkiyə təhlükə qarşısındadır. Ölkəmizin 81 vilayətindən 52-si birinci dərəcəli zəlzələ zonasında yerləşir. Bu bölgələrdə tikinti işləri yüksək keyfiyyətlə aparılmalıdır", - professor deyib.
Övgün Ahmet Ercan, Şərqi Anadolu fayının əhəmiyyətinə toxunub: "Buradakı binalar güclü tikilməlidir. Gökdere, İlıca və Karlıovaya diqqət yetirmək lazımdır". (publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31