76 yaşlı Əməkdar artist 7-ci dəfə evləndi - FOTO
24 Yanvar 2024 11:06 DünyaRusiyanın Əməkdar artisti, aktyor və "Na-Na" qrupunun yaradıcısı Bari Alibasov gizli şəkildə evlənib.
Olaylar.az xəbər verir ki, Lent.az-ın Rusiya mediasına istinadən məlumatına görə, 76 yaşlı prodüser yeddinci dəfə ailə həyatı qurub.
Alibasovun yeni həyat yoldaşı əməliyyatdan sonra ona baxan köməkçisi Yelena olub.
"Şayiə yoxdur!" verilişində Alibasov toy etmədiyini, sadə nikahla evləndiyini etiraf edib.
Əlibasov onu da bildirib ki, yeni həyat yoldaşı sayəsində müntəzəm yeməyə başlayıb, lakin əvvəllər gündə bir dəfə yemək yeyib.
2021-ci ildə Alibasov üç il birlikdə olduğu aktrisa Lidiya Fedoseeva-Şukşina ilə boşanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31