Qadın yeddi aylıq qızı yataqxana otağına kilidləyərək oranı tərk edib - ÖZƏL
24 Yanvar 2024 10:50 DünyaPolis əməkdaşları Maqadandakı yataqxanalardan birində anası tərəfindən otaqda kilidlənmiş yeddi aylıq qızı tapıblar.
Olaylar.az xəbər verir ki, Maqadan Vilayəti Daxili İşlər Nazirliyinin bildirildiyi kimi, yanvarın 18-də polisə nəzarətsiz uşaq barədə məlumat daxil olub. Yataqxanaya gələn patrul əməkdaşları və PDN müfəttişləri otaqda uşağın ucadan ağladığını eşidib, qapını Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri açmağa məcbur olublar.
"Yetkinlik yaşına çatmayanların işləri üzrə müfəttiş evdə yeddi aylıq körpə tapıb. Onun paltarı çirkli idi, körpədə kəskin respirator virus infeksiyasının əlamətləri var idi", - deyə məlumatda bildirilir.
Uşağın xəstəxanaya yerləşdirilməli olduğu qeyd edilir. Qızın anası bir müddət sonra yataqxanaya qayıdıb və polisə onun qısa müddətə getdiyini izah edib. Yetkinlik yaşına çatmayanların saxlanması və tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirmədiyinə görə barəsində inzibati protokol tərtib edilib. Hazırda cinayət işinin başlanması məsələsi həll edilir.