Bu ölkədə 60 ton qaz daşıyan maşın partladı: 24 nəfər öldü - VİDEO
24 Yanvar 2024 09:52 DünyaMonqolustanın paytaxtı Ulan-Batorda böyük Dünjinqarav bazarı yaxınlığında 60 ton qaz daşıyan yük maşını partlayıb.
Qafqazinfo.az xəbər verir ki, partlayış nəticəsində güclü yanğın başlayıb.
Yanğının sürətlə yaxınlıqdakı avtomobillərə və qonşu yaşayış binalarına keçdiyi bildirilib.
Monqolustan Fövqəladə Hallar Baş İdarəsindən verilən məlumata görə, hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım maşınları və polis əməkdaşları cəlb olunub.
Məlumata görə, yanğın lokallaşdırılıb, lakin yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.
Tələfat və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31