NATO 1,2 milyard dollar dəyərində hərbi sursat alacaq
23 Yanvar 2024 16:50 DünyaNATO 1,2 milyard dollar dəyərində 155 mm çaplı hərbi sursatın satın alınması barədə müqavilə imzalayıb.
Olaylar.az-a xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq sənədin imzalanma mərasimindən sonra jurnalistlərə deyib.
"Elə indicə 1,2 milyard dollar dəyərində 155 mm çaplı artilleriya sursatının satın alınması barədə müqavilə imzaladıq", - o deyib.
Onun sözlərinə görə, bu NATO-ya müttəfiqlərini müdafiə etməyə, eləcə də Ukraynaya yardımı davam etdirməyə imkan verəcək.
NATO Dəstək və Satınalma Agentliyinin baş direktoru Steysi Kamminqs isə öz növbəsində ittifaqa üzv ölkələrin imzalanmış müqavilə çərçivəsində 24-36 ay ərzində hərbi sursatlar əldə edə biləcəklərini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31