NATO Rusiya tərəfindən birbaşa təhdid görmür

NATO yaxın gələcəkdə Rusiya tərəfindən üzv ölkələrinə qarşı təhlükə görmür.

Olaylar.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərə deyib.

"NATO-nun müttəfiqləri üçün birbaşa və yaxud yaxınlaşan təhdid görmürük, lakin Rusiyanın etdiklərini diqqətlə izləyirik", - o deyib.

Xatırladaq ki, bir qədər əvvəl Almaniya KİV-i ölkənin Müdafiə Nazirliyinin Rusiya-NATO münasibətlərinin gərginləşəcəyinə hazırlaşdığına dair məlumat yaymışdı.

Qeyd olunub ki, Rusiya-Qərb münasibətləri kulminasiya nöqtəsinə çatacaq və 2025-ci ilin yayında müharibə qaçınılmaz olacaq.

Almaniyanın bununla əlaqədar olaraq, Rusiya ilə mümkün münaqişə ssenarilərini nəzərdən keçirdiyi bildirilib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31