Husilər ABŞ və Böyük Britaniyanın Yəmənə 18 aviazərbə endirdiyini açıqlayıb
23 Yanvar 2024 15:05 DünyaABŞ və Böyük Britaniyanın silahlı qüvvələri ötən gecə Yəmən ərazisinə 18 aviazərbə endirib.
Olaylar.az xəbər verir ki, bu barədə husilərin "Ənsar Allah" hərəkatının nümayəndəsi Yahya Saria "X" sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, Səna şəhəri ümumilikdə 12 aviazərbəyə məruz qalıb. Hodeyda əyalətinə 3, Taiz əyalətinə 1, Əl-Bayda əyalətinə isə 1 aviazərbə endirilib.
Husilərin nümayəndəsi, həmçinin, bu zərbələrin cavabsız qalmayacağını bildirib.
Xatırladaq ki, bir qədər əvvəl "Associated Press" agentliyi ABŞ rəsmilərinə istinadən ABŞ və Böyük Britaniya hərbçilərinin Yəməndə husilərin bir neçə hədəfinə zərbələr endirdiyinə dair məlumat yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31