Venesuelalı Maduro Ekvadorlu həmkarına ABŞ-dan kömək istəməkdə "xaos" təhlükəsi barədə xəbərdarlıq edib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ekvadorlu həmkarı Daniel Noboaya iğtişaşların hökm sürdüyü ölkədə vəziyyəti sabitləşdirmək üçün ABŞ-dan kömək istəməmək barədə xəbərdarlıq edib.

"Mən prezident Noboaya böyük hörmətlə müraciət edirəm: ölkənizin qapılarını şeytana açmayın. Prezident Noboa, ABŞ-ın vəziyyəti sabitləşdirməyə kömək etdiyi ən azı bir ölkənin adını çəkin", - Venesuela lideri bildirib. 

Ekvador prezidenti Noboanın narkotiklərlə mübarizədə ABŞ-dan yardım istəmək planlarını şərh edən Maduro, "ABŞ hara gəlirsə xaos gətirir. ABŞ Cənub Komandanlığı heç vaxt Ekvador konstitusiyasına hörmət əsasında həqiqi sülh və təhlükəsizlik gətirməyəcək" deyib.

"Venesuela repressiyasız təhlükəsizliyə zəmanət verib və xalqa hörməti təmin edərək sülh qurub. Biz milli doktrina əsasında öz gücümüzlə hərəkət etdik və bunu ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi olmadan etdik. Biz onu ölkəmizdən çıxardıq", - Venesuela prezidenti qeyd edib. 

"İki model var - bizim qura biləcəyimiz Latın Amerikası modeli və asılılığa və ölkənin sərvətini ələ keçirməyə gələn qrinqoların müdaxiləsinə əsaslanan model. ABŞ Cənub Komandanlığı harda görünürsə, orada xaos yaranır" - Maduro ABŞ-dan olan insanlar üçün ispan dilində aşağılayıcı bir ifadə işlətməklə xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31