Rusiyada süd istehsalı 2023-cü ildə 33,5 milyon metrik tona çatacaq - ÖZƏL

Rusiyada süd istehsalı 2023-cü ilin sonuna 33,5 milyon metrik ton təşkil edib.

Olaylar.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib.

"2023-cü ilin yekunlarına gəlincə, biz 33,5 milyon metrik ton həcmində süd istehsal etmişik; bu, çox yaxşı nəticədir. Bu rəqəm bir il əvvəlkindən demək olar ki, 0,5 milyon metrik ton çoxdur", - Patruşev bildirib.

Nazir vurğulayıb ki, son beş ildə Rusiyada çiy süd istehsalı artır. "Belə artım müəyyən illərdə hətta 700-800 min metrik ton olub", - Patruşev qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31