Rəsulov erməni yumor ustasını Soçidə öldürdü

Məlumata görə, Soçidəki "Jemçujina" mehmanxanasının yanında Dağıstandan olan 32 yaşlı Artur Rəsulovla baş verən dava zamanı Gevorqyan huşunu itirib.

Rusiya mətbuatının verdiyi məlumata görə, tərəflər arasında dava söyüş üstündə olub. Rəsulovun dostları verdikləri ifadələrində bildiriblər ki, Gevorqyan Rəsulovun anasını söyüb. Dava əvvəlcə barda başlayıb. Barın mühafizəçiləri onları bayıra çıxardıqdan sonra dava küçədə davam edib. Rəsulov Gevorqyana bir neçə yumruq zərbəsi endirib. Xəstəxanada ona kəllə sümüyünün sınığı, açıq kəllə-beyin travması, sağ və sol tərəfli hematoma diaqnozu qoyulub. İki gün koma vəziyyətində qaldıqdan sonra ölüb.

Hazırda Rəsulovun axtarışları davam etdirilir. (Milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31