İsrail girovların azad edilməsi müqabilində Qəzzada 2 ay müddətinə hərbi əməliyyatları dayandırmağı təklif edir - ÖZƏL

Olaylar.az xəbər verir ki, İsrail Həmas-a Qəzza zolağında bütün israilli girovların azad edilməsi şərti ilə iki ay müddətində hərbi əməliyyatları dayandırmağı təklif edib.

Adının açıqlanmayan İsrail rəsmilərinin sözlərinə görə, təklif "Qəzzada saxlanılan bütün girovların azad edilməsini özündə əks etdirən çoxmərhələli razılaşmadan" ibarətdir. Hesabatda vurğulanıb ki, təklif müharibənin bitməsini nəzərdə tutmur. İsrail tərəfinin məlumatına görə, HƏMAS hazırda 130-dan çox girov saxlayır.

Xəbərdə deyilir ki, İsrail rəsmiləri HƏMAS-dan cavab gözləyirlər, lakin növbəti günlərdə irəliləyiş əldə etmək üçün nikbindirlər. Razılaşmanın birinci mərhələsi qadınların, 60 yaşdan yuxarı kişilərin və ağır şəraitdə girovların azad edilməsini nəzərdə tutur. Növbəti mərhələlərə hərbçilərin, yaşı 60-dan az olan kişilərin azad edilməsi və ölən girovların cəsədlərinin təhvil verilməsi daxildir. Bunun müqabilində İsrail həbsdə olan fələstinliləri azad edəcək.

Yəhudi dövləti də Qəzza zolağındakı əsas yaşayış məntəqələrindən çıxaraq bəzi qüvvələrini köçürəcək və fələstinli mülki əhalinin tədricən bəzi bölgələrə qayıtmasına imkan verəcək.

Qətər və Misir nümayəndələri razılaşma əldə etmək üçün həftələrdir ki, döyüşən tərəflər arasında olan fikir ayrılıqlarını aradan qaldırmağa çalışırlar. ABŞ rəsmiləri Axios müxbirlərinə bildiriblər ki, belə bir razılaşmanın əldə edilməsi, yəqin ki, Qəzzada atəşkəsə gətirib çıxaracaq yeganə yoldur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31