Sosial şəbəkələrdə şəhid adından necə sui-istifadə olunur?- ÖZƏL
23 Yanvar 2024 12:08 DünyaHazırda sosial şəbəkələrdə Qarabağ şəhidlrinin adından sui-istifadə halları artıb. Belə halların qarşısını almaq üçün hansı tədbirlər görülə bilər? "Olaylar"ın məlumatına görə, Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, bu halda məqsəd özünü reklam etməkdir: "Şəhidin şəkili qoyulur, aşağısında da "Mənim balamı heç kəs tanımır, onu da paylaşın" və s. sözlər yazılır. Şəkilin üzərində də kimsə (syat, sosial şəbəkə qrupu və s.) özünün reklamını qoyur. Bu halda məqsəd şəhidi xatırlatmaq yox, özünü reklam etməkdir. Hamı da paylaşır, bəyənmə işarələri qoyur. Bu sui-istifadədir, özüdə mənəvi baxımdan yolverilməz sui-istifadə. Məsləhətdir ki, bu halda həmin şəkili yox, şəhidin adını yazıb başqa şəkilini tapıb paylaşın. Bu yolla özünü tanıtmaq istəyənlərin reklamını etməyin".