Türkiyənin 2 bölgəsində zəlzələ oldu
23 Yanvar 2024 10:42 DünyaTürkiyənin Hatay və Kahramanmaraş vilayətlərində zəlzələ olub.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət Hatayda 3,3 bal gücündə, Kahramanmaraşda isə 3,5 bal gücündə olub.
Belə ki, Hatayda yeraltı təkanın ocağı 6,92 km, Kahramanmaraşda isə 7 km dərinlikdə yerləşib.
Xatırladaq ki, ötən gün Çində və Qazaxıstanda da zəlzələlər qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31