Ötən sutka ərzində humanitar yardım daşıyan 260 yük maşını Qəzzaya daxil olub - ÖZƏL
22 Yanvar 2024 15:55 DünyaOlaylar.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin Fələstin ərazilərində hökumətin fəaliyyətini koordinasiya edən bölməsi (COGAT) bildirib ki, ötən sutka ərzində humanitar yardım daşıyan ümumilikdə 260 yük maşını Qəzzaya keçib.
"Yanvarın 21-də ümumilikdə 260 humanitar yardım maşını yoxlanılaraq Qəzzaya göndərilib, bu, müharibənin başlanmasından bəri ən yüksək rəqəmdir", - deyə COGAT bildirib.
121 yük maşını Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə anklav ərazisinə daxil olub, daha 139 yük maşını isə Kerem Şalom vasitəsilə Qəzzaya keçib.
"Qəzza zolağına daxil ola biləcək humanitar yardımın miqdarında heç bir məhdudiyyət yoxdur", - COGAT əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31