ÜST rəhbərindən COVID-19-dan 20 dəfə daha ölümcül virusla bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Davosda iştirak etdiyi panel iclasında diqqətçəkən açıqlamalar verib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın rəhbəri sirli adlandırdığı "X" virusunun epidemiyaya çevriləcəyi ilə bağlı xəbərdarlıq edib və ölkələri yeni pandemiya ehtimalına hazır olmağa çağırıb.

Onun sözlərinə görə, bu virus COVID-19-dan 20 dəfə daha ölümcüldür. "X" virusunun laboratoriya analizlərinin nəticələrini də açıqlayan ÜST-nin rəhbəri bildirib ki, onun epidemiyaya çevriləcəyi təqdirdə 75 milyon insan həyatını itirə bilər və bu xəstəlik hər beş ildən bir fəallaşacaq.

"Bu ilin mayında bütün ölkələrin ortaq düşmən olan pandemiyaya qarşı razılığa gələcəyinə ümid edirəm. Bilinməyən, lakin başvermə ehtimalı olan məsələlər var. Biz bütün ssenarilərə hazır olmalıyıq. COVID-19 pandemiyasında çoxlu sayda insan öldü, çünki prosesi yaxşı idarə edə bilmədik. Yetərli həcmdə oksigen yox idi. İndi biz zərurət yarandığında mükəmməl fəaliyyət göstərəcək bir sistem qurmalıyıq", - o vurğulayıb.

Qebreyesus ortaq səylər nəticəsində dünyanın hər hansı yerində baş qaldıran epidemiyanın qarşısını almağın mümkün olacağını bildirib. O əlavə edib ki, növbəti pandemiyanın bəşəriyyəti qəfil yaxalamasına imkan vermək olmaz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31