Gecə klubunda hicablı qıza görə dava - rəqs edən qızın ərinə... - VİDEO
22 Yanvar 2024 14:19 DünyaDağıstanın şəhəri Mahaçqalada gecə klublarından birində hicablı qızın rəqsi səbəbindən bıçaqlanma hadisəsi videoya düşüb.
Olaylar.az xəbər verir ki, münaqişə ziyarətçilərdən birinin rəqs edən qızın ərinə irad bildirməsi ilə başlayıb. Hər iki şəxsi dostları sakitləşdirsə də, mübahisə yenidən alovlanıb. Narazı ziyarətçi bıçağı yelləməyə başlayıb və üç nəfəri yaralayıb.
Yüksək səsli musiqidən ofisiantlar müəssisədə dava olduğunu dərhal anlaya bilməyib və vaxtında dayandırmayıblar. İki zərərçəkən xəstəxanaya yerləşdirilib, münaqişənin təhrikçisi saxlanılıb. (musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31