Almaniya 2024-cü ildə 10 minə yaxın ukraynalı hərbçi hazırlamağı planlaşdırır - ÖZƏL

Almaniyanın Müdafiə Nazirliyinin Ukraynaya yardımın əlaqələndirilməsinə cavabdeh olan işçi qrupunun rəhbəri general-mayor Kristian Freydinq 2024-cü ildə 10 minə yaxın ukraynalı hərbçinin Almaniyada təlim keçəcəyini gözləyir.
Olaylar.az xəbər verir ki, o, bildirib ki, lazım gələrsə, bu rəqəm də artırıla bilər. Avropa İttifaqının təlimləri Ukraynaya köçürmək planları ilə bağlı sualı cavablandıran Freydinq bu məsələnin hazırda müzakirə olunmadığını vurğulayıb.
Eyni zamanda, onun sözlərinə görə, Rusiyanın mina maneələri, hava dəstəyinin olmaması və hava hücumundan müdafiə ilə bağlı problemlər Ukrayna Silahlı Qüvvələrinin hücumunun uğursuzluğunun əsas səbəbləridir. Freydinq etiraf edib ki, hazırda Rusiyanın hərbi təşəbbüsü var.
Bundan əvvəl "Suddeutsche Zeitung" qəzetinə müsahibə verən Freydinq Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri Almaniyada 10 mindən çox ukraynalı hərbçinin təlim keçdiyini bildirib.
Polşa və Almaniya da daxil olmaqla bir sıra Aİ ölkələrində Ukrayna hərbçiləri üçün təlim missiyası 2022-ci ilin oktyabrında Aİ ölkələri tərəfindən təsdiqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31